XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2016 - 15:04

“Freedom House” ölkəmizi təməl azadlığının ən çox pozulduğu on ölkə siyahısına saldı

freedom-houseVətəndaş və siyasi azadlıqlar üzrə nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarından olan “Freedom House” 195 ölkədə təməl azadlıqlarının durumu ilə bağlı “2016-cı ildə dünyada azadlıqlar” adlı hesabatını açıqlayıb. 

Sənədə görə, həmin ölkələrdən yalnız 86-sı azad sayılır, 50 regionda isə vəziyyət böhranlı hesab edilib.

Bu barədə məlumat yayan “Azadlıq” radiosu xəbər verir ki, vətəndaş və siyasi haqların durumunun ən aşağı səviyyədə olduğu ölkələr kimi Suriya, Somali, Şimali Koreya, Özbəkistan, Səudiyyə Ərəbistanı, həmçinin də Yaxın Şərqin və Şimali Afrikanın digər dövlətlərinin adı çəkilib.

Söz-ifadə azadlığının ən çox pozulduğu ön ölkə siyahısına Əfqanıstan, Azərbaycan, Belarus, İran, İraq, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan daxil edilib. Gürcüstan, Ermənistan, Bosniya və Hersoqovina qismən azad, Xorvatiya və Serbiya isə azad ölkələr kimi qeyd olunub. 

Belarus beynəlxalq birlik üçün bu dəfə daha cəlbedici olub.

“Ancaq ölkə daxilində situasiya insan haqları sahəsində real dəyişikliklərə məruz qalmayıb. Bunu son prezident seçkiləri də təsdiq edir – hansı seçkilər ki, nə azad, nə də ədalətli olub” – hesabatda vurğulanır.

Sənəd müəlliflərinə görə, 2015-ci ildə dünyada azadlığın səviyyəsi aşağı olsa da, 195 ölkədən 86-sı, yəni 74%-i hələ ki azad ölkə olaraq qalır, 59 ölkə isə qismən azaddır. Yerdə qalan digər 50-si qeyri-azad ölkələrdir. Təşkilatın qənaətincə, son 10 il ərzində 105 ölkədə azadlığın səviyyəsi aşağı enib, 61 regionda isə yaxşıya doğru dəyişib. 

Maraqlıdır ki, “Freedom House” Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində də “siyasi və vətəndaş hüquqlarına” qiymət verib. Sənədə görə, Ermənistan kimi “Dağlıq Qarabağ da qismən azad ərazidir”. Başqa sözlə, belə çıxır, separatçı rejimin nəzarətindəki ərazidə azadlıqların səviyyəsi Azərbaycanın yerdə qalan hissəsindəkindən yaxşı hesab edilib.

Əlbəttə ki, bu məqam təşkilatın gəldiyi ümumi nəticəyə və qərəzsizliyinə müəyyən kölgə salır. Çünki işğal edilmiş, yerli azərbaycanlı əhalinin etnik təmizlənməyə məruz qaldığı ərazidə heç bir siyasi-vətəndaş haqlarının təmin olunmasından söhbət gedə bilməz.