Azərbaycanda may ayında əfv olacaq.
Strateq.az xəbər verir ki, bu barədə AzVision.az-a hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. Hüquq müdafiəçisi əfvin olacağının artıq dəqiqləşdiyini, bu barədə qərar verildiyini qeyd edib:
“May ayında bir neçə əlamətdar gün var. Heydər Əliyevin doğum günü qeyd olunacaq. çox güman ki, hansısa tarix üçün əfv veriləcək. Artıq bununla bağlı İşçi Qrupu öz təkliflərini verib”.