XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

10 Avqust 2018 - 17:14

SAAKAŞVİLİNİN ERMƏNİSTAN XƏBƏRDARLIĞI:"Putin Paşinyana rahatlıq verməyəcək"

Aram Amatuni

“1in.am”, Ermənistan, 09 avqust 2018-ci il

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bəyan edib ki, Putin Paşinyana rahatlıq verməyəcək və payızda oliqarxlar ordusunu ona qarşı qoyacaq, etiraz aksiyaları təşkil ediləcək və s. Çünki o, Ermənistanı sadəcə olaraq elə-belə buraxmayacaq.

Saakaşvilinin Putinlə öz köhnə hesabları var, bu aydındır və burada müzakirə artıqdır. Digər tərəfdən, onun ifadə etdiyi narahatlıq bu hesabların nəticəsidir və onların rasional əsası yoxdur demək də, əlbəttə, düzgün olmazdı. Nəhayət, belə narahatlığı yalnız Saakaşvili deyil, çoxsaylı erməni dairələri də ifadə edir.

Əlbəttə, bu halda aydın deyil ki, nə üçün Putin, xüsusən də gözü qarşısında Gürcüstan örnəyi ola-ola, erməni inqilabına imkan verdi və onu “beşiyində boğmadı”. Əl-qolu nə iləsə bağlı idi demək, sadəcə olaraq, gülüncdür. O, Ukraynanın yarısını tutub, Ermənistanda məxməri inqilabı “beşiyində boğmaq” bunun yanında nədir ki?!

Bundan əlavə, Rusiya hətta bəyanat səviyyəsində aqressiv, təhdidkar ola biləcək nə isə demədi. Moskva qəribə formada bəyan etdi ki, baş verənlər Ermənistanın daxili işidir, o, müdaxilə etməyəcək. Beləliklə, istənilən halda, Ermənistanla bağlı durumda biz Gürcüstanın sabiq prezidentinin və əlbəttə, bir sıra erməni dairələrinin səsləndirdiyi standart vəziyyətlə deyil, başqa çıxış nöqtələri və qiymətləndirmə kriteriyaları tələb edən qeyri-standart vəziyyətlə qarşılaşırıq.

Fərqləri sadalamaq, təbii, tamamilə artıqdır.

Eyni zamanda, bugünkü Rusiya ilə on il, hətta dörd il bundan öncəki Rusiya da fərqlidir. ABŞ, İran, ABŞ-Avropa münasibətləri, ABŞ-ın yeni prezidenti Trampın Yaxın Şərq siyasəti də fərqlidir. Bu fərqliliklərin böyük zəncirində, “deyirlər ki, Putin Ermənistanda legitim, demokratik hakimiyyətə imkan verməyəcək, çünki bu, Ermənistanın itirilməsi demək olardı” kimi, primitiv formullarla siyasi fərqlər haqqında mühakimə aparmaq, daha çox, siyasi reallıqlarla əlaqənin itirilməsi deməkdir.

Bütün problem məhz ondadır ki, erməni-rus münasibətləri bu günə kimi maraqların təbii korrelyasiyası əsasında deyil, süni birgəyaşayışa məcburetmə əsasında qurulmuşdur. Yəni, ümumi maraqlar olan yerdə, – bu da ilk növbədə təhlükəsizlik problemləridi, – əlaqə olmayıb, daim erməni-rus toqquşmalarına səbəb olan məsələlərdə əlaqə qurmaq cəhdi olub.

Ermənistanda məxməri inqilabın əsas, gündəlikdə olan məqsədlərindən biri lap əvvəldən erməni-rus münasibətlərindəki bu ziddiyyətin transformasiyası olub və uğurun rəhni kimi baxıldığından, bu, həmçinin ilkin məqsəd olub. Nikol Paşinyan hazırda Moskvaya Ermənistandakı daxili yenidənqurmanın Rusiyaya yönəlik təhdid olmadığını izah edərək, erməni-rus münasibətləri müstəvisində məhz bununla məşğuldur. Çünki bugünədək, necə deyərlər, həlledici əlaqələr qovşağı düzgün qurulmayıb. Bundan əvvəl erməni-rus münasibətlərinin möhkəmliyinin “rəhni” olaraq Ermənistanın “forpost”, iradənin icraçısı, tabe olması görülürdü. Əslində isə, bu, erməni-rus münasibətlərinin çürüməsinə, həm Rusiya, həm Ermənistan, hətta bütün dünya üçün problemlərin yaranmasına gətirib çıxardı.

Hazırda Nikol Paşinyanın vəzifəsi ondan ibarətdir ki, Moskva təbii ox meydanına, başqa sözlə, təhlükəsizlik məsələsində müttəfiqlik rejiminə, uyğunsuzluq olan digər məsələlərdə isə qarşılıqlı anlaşmaya və razılaşmaya gətirilsin. Bu, asan iş deyil, lakin qaçınılmaz imperativdir – edilməlidir. Bu dövr ərzində, Lavrovun bəyanatı ilə bağlı gördüyümüz kimi, gərgin vəziyyətlər də olacaq. Xüsusilə ona görə ki, bugünkü Rusiya heç də yekcins və ya piramida quruluşlu vahid deyil. Və gördüyümüz kimi, gərginliyin ardınca, cəmi iki gün sonra RF Müdafiə nazirinin müavini Fominin bəyanatı gələ bilər.

Yəni, Putinin Ermənistanda baş verənlərə münasibətilə bağlı gəlinən aksioma xarakterli universal əqli nəticələr nəinki yersiz və qeyri-adekvatdır, həmçinin təhlükəlidir. Çünki onlar hər yerdən az olması lazım olan yerdə problemlər yaradaraq, ictimai şüuru və təsəvvürləri tamamilə yanlış istiqamətə apara bilərlər.

Saakaşvilini, təcrübəsini də nəzərə almaqla, anlamaq olar, ancaq nə üçün o, Ermənistanı və Nikol Paşinyanı anlamır? Hətta ən səmimi hisslərlə olsa da, hazırkı dövrdə o, daha çox Ermənistandakı məxməri inqilabın tərəqqisi üçün, xüsusilə erməni-rus münasibətləri kimi incə və mürəkkəb olan istiqamətdə artıq risklər və təhlükələr yaradır.

Tərcümə Strateq.az-ındır