XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

10 Avqust 2018 - 17:21

İranlı general:“Azərbaycan, İran və Türkiyə sərhədçilərinin üçtərəfli iclası keçirilməlidir”

“İran, Türkiyə və Azərbaycan arasında sərhəd əməkdaşlığının artırılması üçün üçtərəfli iclası keçirilməlidir”.

İRNA xəbər verir ki, bunu İslam Respublikası Nizam-intizam Qüvvələri Sərhəd Qoşunlarının komandanı, general Qasım Rzayi avqustun 10-da Makının Buralan bölgəsində Türkiyə Jandarm Qüvvələrinin komandanı Arif Çetinlə görüşdə bildirib.

Q.Rzayi deyib ki, Türkiyə və İran sərhədçiləri regionda təhlükəsilzik və sabitliyin daha da yüksəldilməsi üçün səylərini davam etdirirlər: “Bazərqan, Sero və Razi gömrük məntəqələrində gediş-gəliş sıra yaranmadan təmin edilməlidir”.

A.Çetin vurğulayıb ki, iki ölkənin xalqları və dövlətlərinin dostluğu sərhədlərdə tam təhlükəsizliyin bərqərar olmasına təsir edib: “Türkiyə jandarmları iranlı sərhədçilərlə informasiya mübadiləsi və əlavə əməkdaşlıqlara tam hazırdır”.

Report