XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

12 Avqust 2018 - 20:21

Qüdrət Həsənquliyev:"Bu konvensiyanın imzalanması Azərbaycan üçün böyük əhəmiyyət daşıyır”

  

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub.

Moderator.az Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə bağlı millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin fikirlərini öyrənib:

“Bu konvensiyanın imzalanması Azərbaycan və region dövlətləri üçün böyük əhəmiyyət daşıyır. 22 il aparılan danışıqların nəticəsi olaraq, bu sənədin imzalanması bütün məsələləri həll etməsə də sülhə və regional əməkdaşlığa böyük töhfə verəcək.

Sənədin tam mətni ilə tanış olmasam da, Prezident İlham Əliyevin ölkəmizin maraqlarına cavab verməyən hər hansı sənədin altına imza ata biləcəyinə inanmıram.

Bu konvensiya Azərbaycanın dünyada nəqliyyat dəhlizi kimi əhəmiyyətini artıracaq. O cümlədən, türk dünyasının birliyinə və əməkdaşlığına xidmət edəcək.

Xalqımızı təbrik edir, sənədin hazırlanmasında zəhməti olan hər kəsə təşəkkür edirəm. Ümid edirəm  ki, ərazi bütövlüyümüzü bərpa edəcək və ölkəmizin qarşısında dayanan digər problemləri də uğurla həll edəcəyik.”