XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

17 Avqust 2018 - 15:23

Naxçıvan və Ermənistan arasındakı sərhəddə monitorinq olacaqmı?- Rusiya XİN-dən açıqlama

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Ermənistan arasındakı sərhəddə monitorinqin keçirilməsi məsələsi ATƏT-də müzakirə olunmayıb.

Bu barədə Trend-ə münaqişə zonasına daxil olmayan ərazilərdə monitorinqin keçirilməsinin mümkünlüyü ilə bağlı ATƏT Minsk qrupunun həmsədri qismində rəsmi Moskvanın mövqeyi barədə suala cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunub ki, bu anadək həmin məsələ ATƏT çərçivəsində müzakirə olunmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirmişdi ki, rəsmi Yerevan Ermənistanın Naxçıvanla sərhəd bölgələrində monitorinqin keçirilməsi ilə bağlı dəfələrlə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşikin ofisinə müraciət edib.