XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

17 Avqust 2018 - 20:24

Britaniya Xarici İşlər Nazirliyi İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb

Böyük Britaniyanın Xarici işlər və Birlik işləri Nazirliyi Azərbaycanda ReAl partiyasının lideri İlqar Məmmədovun beş illik həbs cəzasından sonra azadlığa buraxılmasını alqışlayıb.

“Avqustun 13-də İlqar Məmmədovun azad edilməsi irəliyə doğru müsbət addımdır. Amma biz İlqar Məmmədovun azad edilməsinin bəzi şərtlərlə müşaiyət olunmasından narahatıq”,- Böyük Britaniya XİN-in rəsmi nümayəndəsi bildirib.

Rəsmi nümayəndə Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin Məmmədovun qeyd-şərtsiz azad edilməsi haqqında qərarının tələblərinə riayət etməyə çağırıb. Avropa Şurası da dəfələrlə bunu xahiş edib.

Böyük Britaniya XİN çiçəklənən, dözümlü və demokratik cəmiyyət yaradılması üçün həyati əhəmiyyət daşıyan Azərbaycanın müasirləşdirilməsi üzrə addımlara çağırıb.

“Buraya insan hüquqları ilə bağlı digər məsələlər üzrə müsbət tədbirlərin görülməsi daxildir. Biz beynəlxalq öhdəliklərinin yerinə yetirilməsində Azərbaycanı dəstəkləməyə davam edəcəyik”, – Böyük Britaniya XİN nümayəndəsi bildirib. (Amerikanın Səsi)