XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

19 Avqust 2018 - 11:03

Transxəzər boru kəmərləri Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır? –Rusiya XİN-in qəribə açıqlama

 

  Transxəzər boru kəmərlərinin tikintisi bütün Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır.

Bu sözləri RF XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Xəzərin Hüquqi Statusu haqqında Konvensiyanın imzalanmasından sonra Türkmənistandan Azərbaycana Transxəzər qaz kəmərinin çəkilməsi yolundakı bütün maneələrin aradan qalxacağı haqqında şərhlərə münasibət bildirərkən deyib.

Bratçikovun RF XİN-in saytında dərc edilmiş şərhinə görə, Konvensiyada “bütün sahilyanı ölkələrin öz dib hissələrində texnoloji boru kəməri çəkmək hüququ” aydın şəkildə əksini tapıb. Əslində, Xəzərdə neft-qaz yataqlarının mənimsənməyə başladığı zamandan etibarən minlərlə kilometr uzunluğunda müxtəlif təyinatlı bir çox boru kəmərləri çəkilib (istehsaldaxili, sənayelərarası, su boruları və s.) və onların sayı artacaq.

“Bununla yanaşı, indiyədək Xəzərdə heç vaxt olmayan boruların – magistral, transxəzər boru kəmərlərinin çəkilməsi ayrılıqda müəyyən edilir. Konvensiyanın 14-cü maddəsində deyilir ki, tərəflər onları çəkə biləcək, amma bir şərtlə ki, tikinti layihələri “bu ölkələrin iştirakçısı olduqları beynəlxalq müqavilələrdə, o cümlədən Xəzər Dənizinin Dəniz Mühitinin Qorunması haqqında Çərçivə Konvensiyasında və onun əlavəsi olan müvafiq protokollarda təsbit edilmiş ekoloji tələblərə və standartlara” uyğun olsun”, – deyə Bratçikov bildirib.

Bu zaman o qeyd edib ki, bu il iyulun 20-də Moskvada beş Xəzəryanı dövlətin ekologiya nazirləri 2003-cü il Tehran konvensiyasına əlavə olaraq transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi Protokolunu imzalayıblar. Bu protokol Xəzər dənizinə çıxışı olan beş dövlətdən hər birinin Xəzərin təbii mühitinə potensial təsir edə biləcək dəniz fəaliyyətinin hərtərəfli ekoloji ekspertizasında iştirak etmək hüququnu təsbit edir. Onun sözlərinə görə, məsələn, Xəzərin bir sahilindən digərinə karbohidrogen daşınması kimi geniş miqyaslı layihələr avtomatik olaraq bu Protokolun təsir dairəsinə düşür. Beləliklə, Bratçikovun sözlərinə görə, real Transxəzər boru kəmərlərinin tikintisi planları ortaya çıxarsa, Xəzəryanı ölkələrdən istənilən biri, lazım bilərsə, bu konstruksiyaların Xəzərin ekologiyası üçün mümkün təsirlərinin qiymətləndirilməsi proseduruna qoşula bilər. (Turan)