XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 18:45

İlqar Məmmədov ABŞ-ın Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüşüb –FOTO

 

ABŞ-ın Azərbaycandakı səfirliyinin Müvəqqəti işlər vəkili Vilyam Gil bu gün REAL Partiyasının sədri, həbsdən yenicə buraxılmış İlqar Məmmədovu qəbul edib.

Strateq.az bildirir ki, bu barədə məlumatı ABŞ səfirliyi yayıb.

İlqar Məmmədov sosial şəbəkədəki səhifəsində görüşlə bağlı qeydini yazıb. Onun sözlərinə görə, bu gün ABŞ və Böyük Britaniya səfirliklərində, ötən cümə günü isə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində səfir və müvəqqəti işlər vəkillərilə görüşüb. “Avropa Məhkəməsi tərəfindən müdafiə olunan haqlarıma bu 5,5 il ərzində onların ifadə etdikləri və əməli dəstəyinə görə təşəkkürümü bildirdim. Bəzi digər dövlətlərin də təmsilçilərinə onların dayanışmasını yüksək dəyərləndirdiyimi yaxın günlərdə söyləməliyəm”.