XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2018 - 10:23

Gürcüstanın Baş naziri Azərbaycana gələcək- İşgüzar səfər

Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 30-da Azərbaycana səfər edəcək.

Gürcüstanın hökumət dəftərxanasından “Report”un Gürcüstan bürosuna bildirilib ki, səfər iki gün davam edəcək.

Səfər çərçivəsində Gürcüstan hökümətinin başçısı Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək. Bu görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, dünyada və regionda gedən proseslər, irimiqyaslı enerji və struktur layihələrinin inkişaf perspektivləri müzakirə olunacaq.