XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2018 - 22:42

GƏNCƏNİN İCRA BAŞÇISININ VİDEOGÖRÜNTÜLƏRİNİ YAYDILAR –Yeriyirmiş, yeyirmiş... (VİDEO)

Bu il iyulun 3-də silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin sağaldığını əks etdirən görüntülər yayılıb.

Strateq.az AzPolitika.info-ya istinadla xəbər verir ki, icra başçısının müalicə aldığı xəstəxananın rəsmi sosial şəbəkə hesabında paylaşılan videoda E. Vəliyevin gəzə bildiyi əks olunub.

“Medicalpark” Xəstəxanasının həkimi Türker Kılıç Gəncə icra başçısının görüntülərini xəstəxananın rəsmi səhifəsində paylaşaraq, Elmar Vəliyevin sağlamlığına tamamilə qovuşduğunu bildirib.

Məlumat üçün bildirək ki, bu gün icra başçısının daha bir videosu da yayılıb. Lakin sosial şəbəkələrdə bu videonun köhnə tarixə aid olduğu, hətta videodakı şəxsin E. Vəliyev olmadığı iddia edilib. Ancaq yaxınları bu videonun bir ay əvvəl, əməliyyatdan sonra çəkildiyini bildiriblər.

Yemək yeyərkən yayılan görüntülərin isə yeni olduğu deyilir.

Həmin görüntüləri təqdim edirik: