XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

25 Avqust 2018 - 23:20

Merkel Bakıda vətəndaş cəmiyyəti təmsilçiləri ilə də görüşüb –FOTO

Azərbaycana rəsmi səfər edən Almaniya kansleri avqustun 25-də vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşüb.

“Turan” agentliyinin məlumatına görə, kanslerlə vətəndaş cəmiyyəti təmsilçilərinin müzakirəsi rəsmi görüşlərdən sonra baş tutub.

Yarım saatdan artıq davam edən görüşdə yerli vətəndaş cəmiyyətinin durumu müzakirə mövzularından olub. İnsan hüquq və azadlıqlarının, media azadlıgının vəziyyəti nəzərdən keçirilib. Yerli vətəndaş cəmiyyəti fəalları A.Merkelə bu sahədəki durumla baglı məlumat veriblər.

Görüşdə araşdırmaçı jurnalist Xədicə İsmayıl, vətəndaş cəmiyyəti təmsilçiləri Şəhla İsmayıl, Əvəz Həsənov, Turgut Qəmbər iştirak edib.