XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2018 - 14:47

Respublikaçı senator Lindsi Qrem Makkeynin ölümü haqda:“Amerika və Azadlıq əsas müdafiəçilərindən birini itirdi”

 

Русская служба “Голоса Америки” (ABŞ), 26.08.2018

 

Arizona ştatından respublikaçı senator beyin xərçəngiylə sürəkli çarpışmadan sonra vəfat edib.

Hərbi təyyarəçi, Vyetnam savaşının iştirakçısı, parlaq siyasətçi, 2008-ci il ABŞ prezidenti seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd, senator Con Makkeyn şənbə günü Arizona ştatındakı evində yerli vaxtla saat 04.28-də 82 yaşında keçinib.

Bu haqda senator Makkeynin ofisi rəsmən məlumat verib.

Con Makkeyn baş beyin xərçənginin təcavüzkar formasından əzab çəkirdi. Ona xərçəng diaqnozu qoyulduğu haqda məlumat Amerika mətbuatında hələ 2017-nin yayında meydana çıxmışdı. Con Makkeyn bundan sonra Senatın silahlı qüvvələrin işi üzrə komitəsində fəal siyasi iş aparmağı hələ bir müddət sürdürüb.

Siyasətçi Con Makkeyn nəsillikcə hərbçilər ailəsində böyüyüb, babası və atası hərbi donanma admiralıydılar. Makkeyn qırıcı pilotu kimi Vyetnam savaşına qatılıb. Təyyarəsi vurulub, bundan sonra işgəncəyə məruz qaldığı əsirlikdə beş il keçirib.

Senator Makkeyn onu necə xatırlamalarını istədiyi hada suala “Mən öz vətənimə qulluq etmişəm” deyərək əlavə edib ki, adamların “şərəflə” əlavəsi edəcəklərinə ümid edir.

Ona beyin xərçəngi diaqnozu qoyulandan bir neçə ay sonra, ötən oktyabrda Konstitusiya Milli Mərkəzində ona Azadlıq medalı verilməsi mərasimində deyib: “Bəxtimiz gətirib. Biz azad ölkədə, hər şeyin mümkün olduğu ölkədə yaşayırıq. Biz xeyir-dua almışıq və öz növbəmizdə bəşəriyyət üçün xeyir-dua olmuşuq”.

Senator Con Makkeyn Putin rejiminə qarşı sərt sanksiyaların tərəfdarı olub və bir neçə il rusiyalılara birbaşa müraciətində qeyd edib ki, “Bu gün sizi pis yönəldən rejimdənsə mən daha çox Rusiyayönlüyəm”, çünki “Rusiya hökuməti sizin ləyaqətinizə sayğı göstərmir, <…> sizin özünüidarə hüquqlarınızı müdafiə edən təşkilatları təqib edir, hədələyir və qadağan edir”, habelə “məhkəmələrinizdə və iqtisadiyyatda korrupsiyanın çiçəklənməsini təşviq edir, onların korruipsiyalaşmasını ifşa etməyə səy göstərən jurnalsitləri terrorizə edir və hətta qətlə yetirirlər”.

Makkeyn həyatının son aylarında ABŞ prezidenti Donald Trampı da tənqidlə çıxış edib – o cümlədən Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə birgə mətbuat konfrasına görə.

Makkeyn ailəsi ölüm ərfəsində cümə günü məlumat verib ki, o, sonrakı müalicədən imtina qərarına gəlib.

Con Makkeynin dul arvadı Sindi şənbə günü Twitter-də yazıb: “Ürəyim parçalanıb. Bu ağlasığmaz adama sevgi macərasıyla 38 il boyunca yaşamaqda bəxtim gətirib. O yaşadığı kimi də öldü – öz qaydasınca, sevdiyi adamların çevrəsində, hər şeydən çox sevdiyi yerdə”.

Senatorun qızı Meqan da Twitter-də qeyd edib ki, indi ona yalnız atasının nümunəsini izləmək və sevgi və gözləntilərinə uyğunlaşmaq qalır.

ABŞ prezidenti Donald Tramp: “Mənim ən dərin başsağlıqlarım və senator Con Makkeynin ailəsinə sayğılarım. Qəlbimiz və dualarımız sizinlədir”.

​2008-ci il prezident seçkilərindəki rəqibi – ABŞ-ın keçmiş prezidenti Barak Obama Makkeynlə vidalaşıb: “Con Makkeyn və mən müxtəlif nəsillərin təmsilçiləriydik və siyasətin yüksək səviyyəsində yarışırdıq. Amma fərqliliyimizə baxmayaraq, bizdə nəsə ümumi bir şey var idi – Amerika əhli və mühacirlərin mübarizə apardığı və qurbanlar verdikləri ideallar uğrunda, – Obamanın bəyanatında deyilir. – Biz öz siyasi tutuşmalarımızı nəsə uca bir şey, imtiyaz, ölkəmizdəki bu yüksək ideallara xidmət və bunu bütün dünyada yeritmək imkanı sayırdıq…

Conun yaşadığı sınaqlara bərabər sınaqlar yaşamaq çox azımızın bəxtinə düşüb, – Barak Obama əlavə edib. – Ya belə cəsurluq nümayiş etdirmək. Amma hamımız ali rifahı özümüzünkündən uca tutmağa can ata bilərik. Bunun nə demək olduğunu Con bizə göstərib. Və hamımız buna görə ona borcluyuq”.

Konqresmen Erik Suoluell: “Biz Con Makkeyni hər şeydən əvvəl ailə və vətəni uca tutan fədakar vətənsevər kimi yad edəcəyik. O öz ailəsinin hərb ənənələrinə təkcə sözlə deyil, həm də Vyetnamda xidmət etməklə işiylə ehtiram borcunu verib. Senator Makkeynin Konqresdəki əməkdaşlığı hamımıza örnək olmalıdır. Biz milli sərvətdən məhrum olmuşuq”.

Respublikaçı senator Lindsi Qrem: “Amerika və Azadlıq əsas müdafiəçilərindən birini itirdi… Mən isə ən dəyərli dostlardan birini və müəllimimi itirdim”…

Tərcümə Strateq.az-ındır.