XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

27 Avqust 2018 - 20:10

Moskva və Bakı yeni sazişlər imzalamağa hazırlaşır –Rusiya səfiri açıqladı

Moskva və Bakı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün sənədlər paketi hazırlayır.

bu barədə ötən həftə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib. Onun sözlərinə görə, Moskva həmçinin Rusiyanın iştirakı ilə birgə müəssisələr yaradılmasına ümid edir. Xəbəri RİA agentliyi yayıb.

Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2018-ci ilin yanvarından iyununa qədər respublikadan Rusiyaya 349,23 milyon dollarlıq məhsul ixrac olunub, bu, 2017-ci ilin birinci yarısının analoji göstəricilərindən 5,76% çoxdur. Öz növbəsində, Rusiyadan Azərbaycana məhsul ixracının həcmi 788,21 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin ilk altı ayının analoji göstəricisindən 0,29% çoxdur.

Bir müddət əvvəl Moskvadakı və Bakıdakı mənbələr bildiriblər ki, avqustun 31-nə İlham Əliyevin Moskvaya rəsmi səfəri nəzərdə tutulub. Göründüyü qədər, səfər çərçivəsində iqtisadi və ticari sahədə əməkdaşlıq haqqında bir sıra ikitərəfli sənədlər imzalanacaq.