XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 17:50

Jurnalistin ölümündə təqsirləndirilən şəxslərin məhkəməsində qalmaqal olub –VİDEO

img1998129Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Daha sonra zərərçəkmişin nümayəndəsinin vəkili Fariz Namazlının əvvəlki prossesdə qaldırdığı əlavə şahidlərin dindirilməsi və həkimlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı vəsatətlər müzakirəyə çıxarılıb və heç biri təmin edilməyib. Hakimin bu qərarı zalda əyləşən valdeynlərin etirazına səbəb olub. Onlar hər iki vəsatətin təmin edilməsini tələb ediblər. Qarşıdurma yaşandığı üçün məhkəmə zalı boşaldılıb, hər iki tərəfin valdeynləri zaldan çıxarılıb. 

Növbəti məhkəmə prossesi fevralın 9-na təyin olunub.

Mərhum jurnalist Rasim Əliyevin nişanlısı jurnalsitlərə açıqlamasında məhkəmə zalına gözyaşardıcı qaz vurduqlarını bildirib.

Ann.az-a istinadən məhkmədə baş verən qarşıdurmadan videonu təqdim edirik: