XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

30 Avqust 2018 - 17:13

İran, Türkiyə və Rusiya prezidentləri görüşəcəklər- Təbrizdə

İran, Türkiyə və Rusiya prezidentləri sentyabrın 7-də İranın Təbriz şəhərində görüşəcəklər.

Türkiyənin İrandakı səfiri Rza Hakan Təkin yerli mətbuata bildirib ki, prezidentlər Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin sentyabrın 7-də Təbrizdə görüşərək Suriya probleminin həlli məsələsini müzakirə edəcəklər.

Xatırladaq ki, əvvəlcə görüşün Tehran şəhərində baş tutacağı bildirilirdi. Lakin dövlətlər arasında aparılan məsləhətləşmədən sonra üç ölkə liderlərinin görüşünün Təbriz şəhərində keçirilməsi qərara alınıb.