XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

30 Avqust 2018 - 22:21

Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş mətbuat konfransı keçirilib- Moskvada

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri ərəfəsində Moskvanın “İnterfaks” agentliyində Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun rəhbəri Konstantin Simonov, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov, Rusiya Dövlət Dumasının deputatı Aleksandr Klıkanov, politoloq və tarixçi Oleq Kuznetsov iştirak ediblər. Qeyd olunub ki, Azərbaycanla Rusiya arasında bütün istiqamətlərdə əlaqələr sürətlər inkişaf edir. Münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün bütün imkanlar var və Rusiya-Azərbaycan əlaqələri qonşu ölkələr üçün nümunə olmalıdır.

Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Rusiya ilə Azərbaycan arasında siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafından danışaraq bu günlərdə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını mühüm hadisə adlandırıb. O qeyd edib ki, bu Konvensiya Xəzəryanı ölkələr arasında əlaqələrin, o cümlədən hərbi əməkdaşlığın möhkəmlənməsinə, enerji təhlükəsizliyinin təmin olunmasına kömək edəcək. Politoloqun fikrincə, Konvensiyanın imzalanması Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşımaların artırılmasına, eləcə də Xəzərin bioehtiyatlarından səmərəli istifadə olunmasına təkan verəcək. Hazırda Rusiya-Azərbaycan-Türkiyə əməkdaşlığının gücləndirilməsi üçün yaxşı zəmin var. Üç ölkənin prezidentləri arasında dostluq əlaqələri bunun mümkünlüyündən xəbər verir. S.Markov ölkələrimiz arasında humanitar sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkədə rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsində xüsusi rolundan danışıb.

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Klıkanov Azərbaycan və Rusiyanın regionları arasında əlaqələrdən danışaraq Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiya Federasiyasının Həştərxan vilayətində böyük işlər görüldüyünü vurğulayıb. Xatırladıb ki, Həştərxanda ümummilli lider Heydər Əliyevin abidəsi, Ulu Öndərin adını daşıyan orta məktəb, uşaq bağçası, park salınıb, Knyaz Vladimirin abidəsi ucaldılıb, eləcə də Azərbaycanda və Rusiyada biznes mərkəzləri açılıb.

Oleq Kuznetsovun fikrincə, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü iki lider arasında əvvəllər keçirilmiş görüşlərin məntiqi davamıdır. Politoloq deyib ki, Ermənistandakı daxili qeyri-sabitlik regionun təhlükəsizliyini sual altına alır. Cənubi Qafqazın təhlükəsizliyi təkcə Azərbaycan üçün deyil, Rusiya üçün də olduqca vacibdir. “Bu baxımdan düşünürəm ki, iki liderin görüşündə bu məsələ də müzakirə olunacaq”, – deyə tarixçi vurğulayıb. (AzərTAc)