XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

31 Avqust 2018 - 19:15

Deputat Rasim Musabəyov:“Çoxsaylı problemlərlə qarşı-qarşıya olan sadə vətəndaşlar ümidsizliyə qapılıb”

 

Dünyada forpost kimi tanınan işğalçı Ermənistanda hökm sürən sosial-iqtisadi və siyasi kataklizmlər daha kəskin xarakter alıb.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Rasim Musabəyov bildirib.

Onun sözlərinə görə, Ermənistanın təcavüzkar mövqe və siyasəti bu ölkəni regional miqyasda təcrid durumuna salıb: “Bunun fonunda isə heç bir regional layihədə təmsil olunmayan Ermənistanın daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb. Ermənistandakı sosial-iqtisadi və siyasi vəziyyət olduqca acınacaqlıdır. Buna görə də çoxsaylı problemlərlə qarşı-qarşıya olan sadə vətəndaşlar ümidsizliyə qapılıblar. Ekspertlər isə vətəndaşların haqlı narazılığı və narahatlığının səbəbini məhz Ermənistanın siyasi-iqtisadi problemlər məngənəsində olması ilə əlaqələndirirlər”.

Deputatın fikrincə, mövcud reallıqlar Ermənistanın yeni siyasi kataklizmlərə sürükləndiyini göstərir: “İşğalçı ölkədə qarşıdakı dövrdə siyasi-iqtisadi böhranın dərinləşəcəyinə, xarici siyasətdə silsilə uğursuzluqların artacağına dair yekun qənaət ifadə etmək heç də çətin deyil. Siyasi sistemi və dövlətçilik ənənəsi olmayan bir toplumu idarə etməyə çalışan Paşinyan bunun mümkün olmadığını gördükdə korrupsiyaya qarşı mübarizə və sosial problemlərin həlli adı altında siyasət aparır. Paşinyan həll illüziyası yaratmaq əvəzinə işğalçılıq siyasətinə son qoymaq üçün real addımlar atmalıdır”.