XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 16:23

AŞPA Qarabağla bağlı komitə yaratdı

Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Dnestryanı region, Krım və Ukraynanın şərqindəki münaqişələr, habelə Şimali Kiprdəki problemlə məşğul olacaq yeni Alt Komitə yaradılıb.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, Avropa Şurasına üzv ölkələrdə münaqişələrin həlli ilə bağlı Alt Komitənin təsis edilməsi barədə qərar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən iclasında qəbul olunub.

Bildirilir ki, Alt Komitə hazırda mövcud olan Monitorinq Komitəsinin nəzdində fəaliyyət göstərəcək. Komitənin işi Avropa Şurasına üzv ölkələr arasındakı münaqişlər, hazırda mövcud olan silahlı münaqişlərin həlli ilə məşğul olacaq.

Ekspertlərin fikrincə, bu, münaqişlərin birbaşa həlli mexanizmi olmasa da, mövcud mexanizmləri dəstəkləmək üçün parlament diplomatiyasından istifadə olunmasına güclü təkan verəcək. Bu, həm də Avropanın mövcud problemlərinin həllinə yönəldilmiş ciddi yanaşmadır.