XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2018 - 11:05

Milli Məclisin təntənəli iclasına xarici ölkə parlamentinin üzvləri qatılacaq –Dəvət göndərilib

Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclasın keçirilməsi ilə bağlı bir sıra ölkələrin parlamentlərinə dəvət göndərilib.

Bu barədə “Report”a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, sentyabrın 20-də keçiriləcək iclasda xarici ölkələrin parlamentlərinin spikerilərinin, nümayəndə heyətlərinin iştirakı gözlənilir. A.Təvəkküloğlu qeyd edib ki, yubileylə bağlı film, kitab və broşürlər hazırlanır.