XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2018 - 23:55

Özbəkistan Prezidenti:"Bakı-Tbilisi-Qars dəmir yolu regional əməkdaşlıq üçün xüsusi imkanlar açır"

“Bakı-Tbilisi-Qars dəmir yolu regional əməkdaşlıq üçün xüsusi imkanlar açır”.

“Report” xəbər verir ki, bunu sentyabrın 3-də Qırğız Respublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.

O, Əməkdaşlıq Şurasının regional məsələlərdə, investisiya, nəqliyyat, təhsil və digər sahələrdə uğurla fəaliyyət göstərdiyini qeyd edərək bildirib:

“Yüksək səviyyəli görüş və dialoqlar nəticəsində Qazaxıstan, Qırğızıstan, Türkiyə və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq daha da möhkəmlənib. Ölkələrimizin regional məsələlərdə, investisiya, nəqliyyat, təhsil və digər sahələrdə ortaq fəaliyyətləri uğurla inkişaf edir və bu istiqamətdə bir sıra iqtisadi layihələr diqqəti cəlb edir. Azərbaycanda Ələt Beynəlxalq Dəniz Limanı, Qazaxıstanda “Dostluq” və digər nəqliyyat-logistika kompleksləri fəaliyyət göstərir. Bir müddət öncə isə Aktauda Kurık limanı işə düşdü. Bu layihələr gələcəkdə regional əməkdaşlığa töhfə verəcək. Türkiyənin Mersin limanına ən yaxın marşrut olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, bu il fəaliyyətə başlayacaq Əndican-Oş-Kaşqar avtomobil dəhlizi bu baxımdan xüsusi imkanlar açır”.