XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 September 2018 - 17:36

Politoloqdan Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçilik təklifinə reaksiya:"Bu vasitəçilik faydalı olar, ancaq..."

“Gürcüstan Azərbaycan və Ermənistana vasitəçilik təklifi edib. Bu təklifi dəstəkləyirəm”.

Strateq.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın hakimiyyətə gəldiyi günlərdə geniş məqalə hazırlayıb və həmin məqalədə Rusiyadansa Gürcüstanın vasitəçiliyinin Azərbaycana və Ermənistana faydalı olacağını yazıb:

“Birincisi, “parçala, hökm sür” siyasətini əlində rəhbər tutan Rusiyadan fərqli olaraq, Gürcüstan Cənubi Qafqazda həqiqi sülhdə və 3 ölkə arasında əməkdaşlığın genişlənməsində maraqlıdır.

İkincisi, Gürcüstan öz təcrübəsindən çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü prinsipindən çıxış edəcək.

Üçüncüsü, Nikol Paşinyan jurnalist olduğu illərdə tez-tez Tiflisdə müxtəlif toplantılarda olub. Onun dostluq etdiyi gürcülərin Azərbaycanda da dostları var.

Dördüncüsü, Gürcüstanın vasitəçilik təşəbbüsü Rusiyanın təsirini azaltmağa çalışan Paşinyanın da maraqlarına cavab verir.

Beşincisi, Gürcüstanın vasitəçiliyi ABŞ və Avropa İttifaqının dəstəyini qazanacaq və Cənubi Qafqazın bütöv halında Qərbə inteqrasiyasını gücləndirə bilər”.

Elxan Şahinoğlunun sözlərinə görə, Gürcüstanın vasitəçiliyinin əleyhinə olan yalnız iki güc var: “Bunlar Kreml və Ermənistandakı Qarabağ klanıdır”.