XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 11:36

Azərbaycan ordusunda hərbi qullquçulara icazəsiz tütün çəkmək qadağan olunur –Milli Məclis dəyişiklikləri müzakirə edəcək

Azərbaycan Milli Məclisinin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün payız sessiyasında ilk iclası keçiriləcək.

İclasda “Silahlı Qüvvələrin Daxili xidmət” və “Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri” nizamnamələrinə dəyişiklik müzakirə olunacaq.

“Report”un əldə etdiyi məlumata görə, “Silahlı Qüvvələrin Daxili xidmət” nizamnaməsində “Hərbi qulluqçulara əllərini cibində saxlamaq, həmçinin rəisin və ya böyüyün icazəsi olmadan onların yanında oturmaq və ya papiros çəkmək qadağandır” ifadəsində “papiros” sözü “tütün” sözü ilə əvəz edilərək məhdudiyyətin əhatə dairəsi daha da genişləndirilir.

Belə ki, qadağa təkcə papirosa yox, digər tütün vasitələrinə də şamil edilir.