XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2018 - 09:58

Azərbaycanın Rusiyadakı sabiq səfiri:“Altı aydan sonra Paşinyanın bu səfərinin nəticələri bilinəcək”

 “Paşinyanın Rusiyaya səfərinin əsas məqsədi Moskvaya Ermənistanın əvvəlki kimi Rusiyanın tərəfdaşı olmasını göstərmək idi”.

Bu sözləri politoloq, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Azadlıq Radiosuna açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan, Paşinyanın daha çox Qərbyönümlü siyasət sürəcəyinə, Rusiya və Ermənistanın arasının soyuyacağına, Azərbaycanın bundan udacağına ümid edirdi.

Paşinyan Moskva səfərində Putini münasibətlərin hələ də isti olduğuna nə qədər inandıra bildi? Politoloqun fikrincə, bunu indidən demək çətindir: “Yarım ildə, bir ildə bu səfərin nəticələri bilinəcək. O, Putinə min cürə yaxşı söz deyə bilər, amma o, real olaraq rus qoşunlarını sərhəddən kənarlaşdırsa, doğrudan da korrupsiyaya uğramış rus oliqarxların işini Ermənistanda dondursa, onda əlbəttə ki, Putin Paşinyanı cəzalandırmağa çalışacaq”.