XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 April 2015 - 06:54

Mustafa Cəmilov: “İndiki Ukrayna rəhbərləri müqəddəs deyillər”

“Heç kim Qərbin mərhəmətinə bel bağlamır”

Krımın tatar icmasının tarixi lideri Mustafa Cəmilov deyir ki, hələ onun sağlığında Krımın yenidən Ukraynanın olacağına əmindir.

Strateq.az xarici mətbuata əsasən bildirir ki, Cəmilov Krımın müsəlman azlığını təşkil edən 250 000 Krım tatarının və yaxud yarımada əhalisinin 12%-n in lideridir. Onun 71 yaşı var, 1944-cü ildə öz xalqının özbəkistana deportasiyasının şahidi olub. Sonralar antisovet dissidenti kimi həyatının 15 ilini “QULAQ”da keçirdib. Hazırda Ukrayna parlamentinin deputatıdır. 2014-cü ildə Krımın ilhaq edilməsinə qarşı çıxış etdiyindən yarımadaya gəlişi qadağan olunub.

Cəmilov “Le Monde” qəzetinə (Fransa) Krım tatarlarının yarımadanın Rusiyaya birləşdirilməsi ilə barışmamasını yaxşı tarixi yaddaşla izah edir: “İki yüzillik ərzində Rusiyanın ağalığı altında yaşamışıq. Biz deportasiyadan keçmişik. Lakin bu təkcə tarixi məsələ deyil. Biz ukraynalılarla həmişə yanaşı yaşamışıq. Ruslardansa onlar daha demokratik, daha tolerant, digər mədəniyyətlərə qarşı daha açıqdırlar. SSRİ-nin dağılmasına qədər müstəqil Ukraynanın dəstəklənməsi üçün siyasi xəttmizi müəyyən etmişdik. 1991-ci ildən sonra Ukrayna ilə yaxşı münasibətlərimiz var idi. Tatar dili yarımadada ikinci dil idi”.

Cəmilov deyir: “Mən deyərdim ki, Krım tatarlarının 80%-i Krımın Ukraynanın nəzarətinə qaytarlımasından başqa bir yol görmür. Bəziləri inamlır ki, bu qaytarılma hələ onların sağlığında baş verə bilər və qeyd edirlər ki, qaytarılmanı gözləməklə bir təhər yaşamaq lazımdır… Vahimə hiss edənlər də var”.

Liderin sözlərinə görə, “Hazırda yerli hökumət 2014-cü ildə Rusiyaya birləşmə tələblərinə qarşı tatarlar yürüş təşkil edərkən baş vermiş haisələrin təhqiqatını aparır. Axtarışlar, həbslər gedir. Əsasən, sıravi vətəndaşları, adi bloggerləri götürürlər. Məqsəd – heç kimin özünü güvənlikdə hiss etməməsi üçün vahimə yaymaq və tatarları köçüb getməyə təhrik etməkdir. BMT-nin məlumatına görə, 2014-cü ilin avqustunda 20 min nəfər Krımı tərk edib ki, onların da yarıdan çoxu tatarlardır. Həm də bu rəqəm artmaqda davam edir”.

Cəmilov təkcə inanmır, həm də əmindir ki, Krım Ukraynaya qaytarılacaq: “Bu, məntiq məsələsidir: heç kim Qərbin mərhəmətinə bel bağlamır, sağ qalmaq instinktinə güvənir. Dünya bu baş tutmuş faktla, bu banditizmlə razılaşsaydı, ölkələr arasındakı müqavilənin nə mənası olardı? Bu, kollektiv intihar olardı”.

“Krımın qaytarılmasına nə şərait yarada bilər?” sualına Cəmilov bildirib: “Ancaq Rusiyaya qarşı sanksiyalar və Ukraynaya qeydsiz-şərtsiz dəstək. Mən hərbi həllə inanmıram. Bu, qorxu yaradır. Ruslar yarımadada 40-60 min ən müasir silahlı adam yerləşdirib. Bundan başqa, nüvə silahı yerləşdirilməsinə də başlanıb”.

Nəşrin həmsöhbəti etiraf edir ki, “Putin dönəmində Krımın qaytarılması intihara bərabər olardı. Lakin məntiq bunda ehtiva olunmayıb, çünki Krımın ilhaqı artıq Rusiyanın maraqlarına zidd gedir. Siyasi məsələdən başqa həm də iqtisadi aspekt var. Krım Ukrayna məxsus olanda özünü dolandırırdı. Bu gün Rusiya onun ötüşməsi üçün hər il 6-7 milyard dollar qoymağa məcburdur”.

Cəmilovun sözlərinə görə, “Əlbəttə, indiki Ukrayna rəhbərləri müqəddəs deyillər, lakin onlar sələflərindən köklü şəkildə fərqlənirlər. Düşünürəm ki, yaxşı prezident seçmişik. Rusiyaya gəlincə, onun siyasəti əvvəlki kimin qalarsa, hər şeyin necə başa çatacağını təsəvvür etmək üçün böyük bir müdrik olmaq lazım deyil. Ukrayna sonuncu rus avantürası olacaq. Bu son ölkənin dağılması biçiminə keçə bilər. Belə bir perspektiv adamı qorxudur, axı söhbət nüvə dövlətindən gedir. Ən yaxşı çıxış yolu demokratik dəyişimlər ola bilərdi, lakin belə bir ssenariyə ümid azdır. Saray çevrilişi az ağlabatandır. Putinin çevrəsi üsyana qalxmağa bəhanə tapar ki, keçən illər ərzində milyardları oğurlayıblar, bu gün isə sanksiyalar şəraitində onu xərcləyə bilmirlər”.