XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 April 2015 - 07:03

​İran səfirliyi Azərbaycan vətəndaşlarına məhdudiyyət qoyulma xəbərinə reaksiya verdi
İran səfirliyi sərhəd keçid məntəqələrində Azərbaycan vətəndaşları üçün məhdudiyyət qoyulması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
Səfirliyin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, İran Azərbaycan vətəndaşları ilə bağlı heç bir məhdudiyyət qoymayıb: “Azərbaycan vətəndaşları viza rejiminin ləğv olunması haqqında qanundan istifadə edərək, istənilən zaman İrana səfər edə bilərlər. İran nəinki Azərbaycan vətəndaşlarının İrana səfərinə məhdudiyyət qoyulmasını istəmir, hətta gediş-gəlişin asanlaşdırılması üçün sərhəd keçid məntəqələrinin iş saatını artırıb”.
Qeyd edək ki, bəzi KİV-lər məlumat yayıblar ki, İran sərhəd keçid məntəqələri ilə bağlı yeni qayda tətbiq edıb. Bu qaydaya görə, Azərbaycan vətəndaşları İrana ayda iki dəfədən artıq buraxılmayacaqlar.
Strateq.az