XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2018 - 11:25

Novella Cəfəroğlu:“Çalışacağıq ki, yanvar ayına qədər siyasi məhbus məsələsini həll edək”

Çalışacağıq ki, yanvar ayına, yəni AŞ PA-nın qış sessiyasına qədər siyasi məhbuslar məsələsini həll edək. Hökumət də yəqin öz fikirlərini deyəcək. Açığı düşünürəm ki, qəbul olunsa belə, ”Maqnitski aktı” bizə o qədər də zərər vurmayacaq. Ölkəmizə qarşı nələrisə edəcəklərini də düşünmürəm.

Bu sözləri hüquq müdafiəçisi Novella Cəfəroğlu Avropa Şurasının qəbul etmək istədiyi “Maqnitski Aktı”nın şərh edərkən bildirib. Onun sözlərinə görə, bu akt təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də nəzərdə tutulub: “Bu məsələlərin gündəmdə olması normaldır. İlqar Məmmədovun azad edilməsindən sonra bir qrup siyasi məhbusun, jurnalistlərin, bloggerlərin də azadlığa buraxılması çox gözəl olardı. Bu olarsa, hesab edirəm ki, Azərbaycanla Avropa Şurası anlaşacaqlar, qarşı tərəf bizə güzəştə gedəcək”. (Musavat.com)