XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2018 - 15:00

Ermənistan XİN təkzib etdi:“Ərdoğan Paşinyana zəng etməyib”

 

 Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoganın Ermənistanın baş naziri Nikol Pasşinyana zəng eləməsi barədə xəbəri təkzib edib.

Azadlıq Radiosu erməni xidmətinin sentyabrın 16-da yaydığı məlumata görə xəbəri Türkiyənin “Hürriyət” qəzeti yayıb. Məlumata əsasən, Ərdogan Paşinyana zəng edərək Türkiyə-Ermənistan sərhədini keçmiş türkiyəli gəncin qaytarılmasını istəyib. Amma nazirliyin sözçüsü Tigran Balayan Azadlıq Radiosuna belə bir söhbət olmadığını deyib.

16 yaşlı Ümit Ali Ozmenin təxminən iki ay bundan əvvəl Türkiyə-Ermənistan sərhədini keçməsi və Ermənistan sərhədçiləri tərəfindən tutulması Türkiyə mətbuatının əsas mövzularından birinə çevirilib.

”Hürriyət” in yazdığına görə, “Ümit Alini buraxın” sərlövhəli yazısından sonra Ərdogan məsələ ilə bağlı Paşinyana zəng edib və Guya Paşinyan onun azad edilməsinə razılıq verib. Qəzetin yazdığına görə, artıq Ümit Ali bazar ertəsi və ya çərşənbə axşamı evinə dönməlidir.

Başqa bir məlumata görə isə, Ermənistan tərəfi Ümit Alini Türkiyənin Gürcüstandakı səfirliyinə verib.

Mənbənin yazdığına görə bunu da “Hürriyət”ə gəncin atası deyib. “Hürriyət”in yazdığına görə Ümit Ali artıq 45 gündür ki, Ermənistanda həbsdə saxlanır. Qəzet yazır ki, o sərhədi, iyulun 24-də ov edərkən keçib.