XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2018 - 11:11

Azərbaycanın xarici işlər naziri Çinə gedib – Davos Forumunda iştirak edəcək

 

Xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun sentyabrın 18-20-də Çin Xalq Respublikasının Tianjin şəhərində keçiriləcək illik toplantısında iştirak etmək üçün Çində işgüzar səfərdədir.

XİN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov “Avrasiyada inklüziv rəqəmsal inkişaf” adlı paneldə çıxış edərək inklüziv və davamlı inkişaf baxımdan ölkəmizin əldə etdiyi nailiyyətlər və təcrübə barədə danışacaq.

Səfər əsnasında, həmçinin Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.