XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2018 - 12:49

Müdafiə Nazirliyi:"Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib"

Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib.

Bu barədə Trend-in soruğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil: “Bu dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır”.

Nazirlikdən deyiblər ki, Azərbaycan tərəfindən fərqli olaraq, son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir: “O ki qaldı yaralanan erməni mülki şəxsə, bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır”.