XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2018 - 23:43

İsrailli diplomatdan Libermanın Azərbaycana səfəri haqda şərh:“Bizdə Ermənistana etiraz edirlər, Azərbaycana isə…”

“İsrailin Müdafiə naziri Aviqdor Libermanın bir neçə gündür Azərbaycanda olması, İsrail və Azərbaycanın öz fəaliyyətlərində nə qədər yaxın olduğunu, İsrailin Azərbaycan, Azərbaycanın da İsrail üçün nə qədər vacib olduğunu göstərir”.

Bunu İsrailin Moskvadakı keçmiş konsulu Aleks Veksler Rusiya mətbuatına açıqlamasında bildirb.

Onun sözlərinə görə, rəsmi Bakı ilə dostluq münasibətləri Təl-Əviv üçün vacibdir:

“Bu münasibətlər haqda çox danışılır. Ancaq yenə də bir daha təsdiq edirik ki, bizim çox dərin strateji münasibətlərimiz var. Biz Azərbaycandan neft alırıq. Azərbaycan İsraildən isə silah alır. Bunlar çox mühüm məsələlərdir”.

İsrailli diplomatın sözlərinə görə, İsraildə Azərbaycan və Gürcüstanla hərbi əməkdaşlığa xüsusi əhəmiyyət verirlər: “Ermənistanla işbirliyinə isə etiraz edirlər”.

Teleqraf.com