XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Sentyabr 2018 - 15:39

ATƏT PA-nın sədri:"“Alov qüllələri”nin kölgəsində dayandığımız zaman Azərbaycan irsini hiss edirik"

Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib.

Bu sözləri Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli bildirib. G.Tsereteli deyib ki, Azərbaycanda ilk parlament 100 il bundan əvvəl yaradılıb. Bu tarix Azərbaycan xalqının inkişafa, çiçəklənməyə nə qədər sadiq olduğunu nümayiş etdirir: “Biz bu tarixi nəzərdən keçirərkən görürük ki, bu, yalnız tarixi nöqteyi-nəzərdən deyil, gələcək üçün çox böyük əhəmiyyət kəsb edir”.

ATƏT PA-nın sədri əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması müasir Azərbaycanın yaranmasına, onun güclənməsinə, ölkədə müxtəlif sahələrin inkişafına, ölkənin iqtisadi və maddi suverenliyinin möhkəmləndirilməsinə öz töhfəsini verib: “Bu müasir “Alov qüllələri”nin kölgəsində dayandığımız zaman biz Azərbaycan irsini artıq hiss edə, Azərbaycanın müstəqillik tarixində əldə etdiyi nailiyyətləri görə bilərik. Müasir Azərbaycan parlamenti öz sələfinin izi ilə gedərək ölkənin iqtisadi nöqteyi-nəzərdən inkişaf edib, regionda vacib bir ölkəyə çevrilməsinə öz töhfəsini verib”.