XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2018 - 18:44

Keçmiş deputat Alqış Musayev:"Bu, hiyləgər gedişdir, məncə, daha çox siyasi texnologiya səciyyəsi daşıyır"

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük məsələsi gündəmin əsas mövzularında biri olaraq qalır.

Bu barədə fikirlərini bölüşən sabiq millət vəkili Alqış Musayev deyib ki, bu istiqamətdə əməli bir addım atılmadığından konkret, birmənalı fikir yürütməyin mənası yoxdur: “Ancaq görünən odur ki, Azərbaycanı bu təşkilatın üzvü kimi görmək istəyi Azərbaycanın özünün bu təşkilata üzv olmaq istəyini üstələyir. Əlbəttə ki, bu təsadüfi deyil. Bu, ilk növbədə olkəmizin regionda artan nüfuzunun, iqtisadi–siyasi imkanlarının, hərbi gücə cevrilməyinin və tərəfdaş kimi vacibliyinin göstəricisidir”.

“Rus NATO-su kimi qiymətləndirilən bir hərbi ittifaqa qoşulmaq müstəqilliyimiz üçün risk deyil ki?” sualını cavablandıran sabiq millət vəkili qeyd edib ki, bu gün regionun siyasi konyukturası çox fərqlidir, biz artıq nəinki 10-15 il əvvəlki, heç dünənki dövlət də deyilik: “Azərbaycan bu gün irəli sürdüyü istənilən təşəbbüsü öz dövlət və milli maraqları çərçivəsində gerçəkləşdirməyə qadirdir”.

Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikovun cümə günü Bakıda mətbuat konfransında səsləndirdiyi “KTMT-yə üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir. Ermənistan bu qərara mane olur” fikrini şərh edən Alqış Musayev bildirib ki, bu yeni xəbər deyil: “Bir qədər əvvəl Ermənistan Xarici İşlər nazirinin nümayəndəsi də oxşar məzmunda bəyanatla çıxış edib demişdi ki, Azərbaycan KTMT-yə üzv olmaq istəsə Ermənistan veto hüququndan istifadə edəcək. Bu, hiyləgər bir gedişdir. Məncə, belə bəyanatlar daha çox siyasi texnologiya səciyyəsi daşıyır. Məqsəd Azərbaycanı həvəsləndirmək, Azərbaycandakı ictimayi rəyi silahsızlaşdırmaqdır. Cünki hazırda ictimayi rəydə KTMT-yə qarşı bir skeptizm, etimadsızlıq var.

Ermənistan buna qarşıdırsa, deməli, Azərbaycan üçün bu faydalıdır düşüncəsi formalaşdırmaq istəyirlər. Bütün hallarda Ermənistanın mövqeyi bizm üçün həlledici amil ola bilmz və olmamalıdır.
Azərbaycanın bu təşkilata qoşulmaq və ya qoşulmamaq məqsədini arqumentləşdirmək üçün daha ciddi və kifayət qədər əsasları var”/Azpolitika.info.