Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun vaxtsız vəfatı ilə əlaqədar 7 günlüyə azadlığa buraxılıb.
Bu barədə Tofiq Yaqublunun vəkili Nemət Kərimov bildirib. O qeyd edib ki, Tofiq Yaqublu artıq azadlıqdadır. Nemət Kərimov həmçinin əlavə edib ki, Nərgiz Yaqublunun vəfatı ilə bağlı mərasim Tofiq Yaqublunun Qaraçuxurdakı evində keçiriləcək(Ans).