XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 10:24

Seymur Həzi və Akif Muradverdiyevin işi Avropa Məhkəməsində –Hökumətə daha 14 şikayətlə bağlı sorğu göndərilib

Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş daha 16 şikayətlə bağlı hökumətə suallar göndərib. Şikayətləri araşdırılanlar arasında jurnalistlər, dindarlar, sabiq siyasilər var.

Strateq.az xəbər verir ki, bu barədə Media Hüququları İnstitunun əməkdaşı Xalid Ağəliyev məlumat yayıb. O bildirib ki, araşdırılan şikayətlərdən biri 2015-ci ilin yanvarında 5 il azadlıqdan məhrum edilən Seymur Həzinin müraciətidir: “Jurnalistin vəkillərinin AİHM-ə şikayətində qeyd olunur ki, o, heç bir cinayət törətməyib, həbs edilməsi sırf peşə fəaliyyətini məhdudlaşdırmaq məqsədi güdüb”.

Hüquqşünas qeyd edib ki, şikayəti araşdırılanlar arasında bir neçə müxalifçinin və aktivistin adı da var. Onlar məhkəməyə müraciətlərində əsasən, inzibati qaydada qanunsuz həbs edilmələrindən, habelə cərimə olunmalarından şikayət ediblər. Bu əsaslarla Turan İbrahimovun, Qədir Agakişiyevin, Vüqar Rəfiyevin, Nazim Həsənovun, Şakir Həsənovun şikayətləri araşdırılır. 

Polad Qasımov, İldar Feyzov, Cavid Məmmədov, İzolda Agayeva, Ruslan Muradovun şikayətlərində isə onların qanunsuz saxlanıldıqları iddia edilir.

X.Ağəliyevin məlumatına görə, araşdırlan daha bir şikayəti “namaz məhbusu” kimi tanınan Sardar Babayevin vəkilləri göndəriblər. Onun vəkilləri iddia edir ki, qanunsuz dini ayin icra etməyə görə 3 illiyə həbs edilmiş ilahiyyatçının məhkəməyə qədər həbsdə saxlanılması qanunsuz və əsassız olub.

Şikayətçilər arasında Azərbaycan Vəkillər Kollegiyasından qovulmuş vəkil də var. “Şikayətçi Əfqan Məmmədov bir neçə il əvvələ qədər kollegiyanın üzvü olub. O, həm də vaxtaşırı vəkilliyin durumu ilə bağlı tənqidi rəylər verməsi ilə tanınıb. Keçmiş vəkil AİHM-ə şikayətində kollegiyadan uzaqlaşdırılmasının qanunsuz olduğunu, bu qurumu tənqid etməsindən qaynaqlandığını iddia edib”-deyə hüquqşünas vurğulayıb.

Məlumatda daha sonra qeyd olunur ki, AİHM həmçinin 2013-cü ildə 4 il azadlıqdan məhrum edilən, daha sonra əfv olunan Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyevin şikayəti ilə bağlı hökumətə suallar göndərib: “Prezident Administrasiyasının keçmiş işlər müdiri şikayətində qaçqamalçılıq ittihamı ilə həbs edilməsinin qanunsuz olduğunu vurğulayıb”.

Xatırladaq ki, AİHM bir həftə əvvəl Azərbaycandan göndərilən 30-dan çox şikayəti araşdırmaga başladıgını açıqlamışdı.