BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın xarici işlər naziri Nikos Kotzias və Qananın xarici işlər və regional inteqrasiya naziri xanım Şirli Botçvey ilə görüşüb.
XİN-nin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, görüşlər zamanı bu ölkələrlə Azərbaycan arasında əməkdaşlığın mövcud səviyyəsi və gələcək inkişaf perspektivləri müzakirə edilib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlara seçkilərdə qarşılıqlı dəstək mövzuları barədə fikir mübadiləsi aparılıb.