XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2018 - 10:57

TRAMPIN YENİ “FOTOSESSİYA” İSTƏYİ DAŞA DƏYDİ –Ruhani BMT-də "aynaya baxmalı" oldu

Nik Robins-İrli

“Huffington Post”

 

Bir il əvvəl Şimali Koreyaya qarşı şifahi hücuma keçən prezident Donald Tramp Çərşənbə axşamı, sentyabrın 25-də, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, ünvanı yeniləyərək, uca səslə İrana həmlə edib. Lakin İran lideri, Tehranla danışıqlardan söhbət gedərkən, Trampın oxşar nəticələrə ümid bəsləməməsini açıqlayıb.

Tramp ABŞ-ın may ayından etibarən geri çəkildiyi 2015-ci ilin nüvə razılaşması ilə əlaqədar İran əleyhinə tənqidlərini təkrarlayıb, Tehranı terrorçuluq və korrupsiyanın dəstəklənməsində, Yaxın Şərqdə xaos yaymaqda ittiham edib. O, İrana qarşı daha çox iqtisadi sanksiya tətbiq etməyə söz verib və bu ölkənin beynəlxalq təcridinə çağırıb.

Yaxın vaxtlara qədər Şimali Koreya ilə olduğu kimi, Trampın hücumları İranla yeni nüvə razılaşmasını müzakirə etməyə çalışması ilə eyni vaxta təsadüf edir. Prezidentin İran əleyhinə ritorikası bu ilin əvvəlində Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar danışıqlardan qabaq istifadə etdiyi təhdid, təhqir və bəzi diplomatik açıqlamalarının təkrarıdır. O, zirvəyə razılıq verməzdən öncə təcavüzkar ilkin mövqe tutmuş, yalnız sonra tonunu kəskin şəkildə yumşaltmışdı.

Şimali Koreya ilə davam edən nüvə danışıqları potensial hərbi münaqişə ehtimalını azaldana qədər Trampın ifadələri geniş yayılmış narahatlıq doğurmuşdu, lakin prosesin son nəticəsi hələ də aydın deyil. Bununla belə, Tramp müzakirələri böyük müvəffəqiyyət olaraq qiymətləndirib, Şimali Koreya ilə danışıqların davam etdiyini və tezliklə lider Kim Dzyan (Çen) Inla bir başqa zirvə keçirəcəyini iddia edib.

Çərşənbə axşamı etdiyi çıxışında Ruhani deyib: “Heç bir dövlət güclə müzakirə masasına gətirilə bilməz”.

Trampın İrana yönəlik strategiyası əslində, qüsurludur, onun hər hansı bir razılaşdırılmış müddət hüdudu yoxdur və özü İranın daxili siyasətini səhv anlayır, – bu, mütəxəssislərin xəbərdarlığıdır. Məsələn, ABŞ-ın nüvə razılaşmasından uzaqlaşması barədə qərar artıq İran hökumətində daha çox sərt siyasətçinin təmsilçiliyinə səbəb olub, çünki Ruhani müqaviləni pozmaqdan imtina edib və müqavimətlə üzləşib.

Avropanın nüvə razılaşmasına olan sədaqəti də ABŞ və müttəfiqləri arasındakı uçurumu genişləndirib, Fransa, Almaniya və İngiltərə liderləri müqavilədən çıxmasına görə Trampı açıq şəkildə tənqid ediblər.

Çərşənbə axşamı Fransa prezidenti Emmanuel Makron çoxistiqamətliliyə çağırış edərək və beynəlxalq təşkilatları problemlərlə məşğul olmağa çağırıb, Trampdan radikal şəkildə fərqli yanaşma sərgiləyib.

Ruhaninin sözlərinə görə, “beynəlxalq birlik ABŞ-ın nüvə sazişindən çıxışını qanunsuz və birtərəfli sayır və biz bundan məmnunuq”.

Avropanın müqaviləni qorumaq cəhdlərinə baxmayaraq, qitədə olan şirkətlər gələcək sanksiyalardan qorxaraq İrandakı işlərini dayandırmağa başlayıblar. ABŞ sanksiyalarının növbəti mərhələsi noyabr ayının əvvəlində başlayacaq; Vaşinqton və Tehran arasında düşmənçilik güclənəcək.

Ruhani çıxışında deyib ki, İran Şimali Koreya ilə eyni yolun ağına düşməyəcək. O, Tramp və Kim arasında zirvəyə toxunaraq onu “fotosessiya”ya bənzədib.

Trampın adını çəkmədən, Ruhani millətçilik, irqçilik və “nasist ovqatına bənzər ksenofobik meyllər” vasitəsilə xalq dəstəyi qazanan dünya liderlərini qınayıb. Daha sonra o, ABŞ-ın İrana zidliyinin “uğursuzluğa düçar olacağ”ını deyib; Ağ Evin beynəlxalq səviyyəli müqavilələr və qurumları səmərəsiz etməyə çalışdığını iddia edib.

Hər iki ölkə Şənbə günü İranın Əhvaz şəhərində keçirilən hərbi paradda 25 nəfərin öldüyü və xeyli sayda insanın yaralandığı hadisədən sonra bir-birini terrorçuluğu dəstəkləməkdə ittiham etməklə, ABŞ-İran arasındakı gərginliyi artırıb.

İran hökuməti qeyri-müəyyən şəkildə Vaşinqtonun dəstəklədiyi Yaxın Şərqdəki müttəfiq hökumətləri və onların əlaltılarını məlum hadisədə ittiham edib. Buna cavab olaraq Vaşinqtonun Birləşmiş Millətlər Təşkilatındak səfiri Nikki Heyli deyib ki, ABŞ-ı terrorizmdə ittiham etmək yerinə, Ruhani “aynaya baxmalıdır”.

 

Tərcümə: Strateq.az