XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 09:55

ABŞ dövlət katibinin nümayəndəsi:“ABŞ-ın Qafqazda qarşılaşdığı çətinlik həll edilməmiş ərazi münaqişələridir”

 

 Nyu-Yorkda 100-dən artıq şirkətin və yüksək vəzifəli məmurların iştirak etdiyi Xəzər biznes-forumunda ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələri üzrə bürosunun nümayəndəsi, dövlət katibinin köməkçisinin müavini Corc Kent qeyd edib ki, son onillikdə ABŞ-ın əsas səylərindən biri də enerji dəhlizləri qurmaq olub. Bura həm boru kəmərləri, həm də Cənub Qaz dəhlizi daxildir.

Hazırkı administrasiyanın ABŞ-ın milli təhlükəsizlik strategiyası çərçivəsində Avropanın zənginləşməsi və sabit olması ABŞ-ın təhlükəsizliyi deməkdir.

Forumda təmsil olunan ölkələrin nümayəndələrinə üz tutan Kent qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə töhfə verən ölkələr birgə işin böyük nailiyyətlərə gətirib çıxarmasının bariz nümunəsini sübut etdilər: “Həm biznes icması, həm də hökumət dairələrinin infrastruktur inkişafına xüsusi maraq var və biz bunu Orta Asiyada və Qafqazda təşviq etmək niyyətindəyik”.

O qeyd edib ki ABŞ-ın Qafqaz bölgəsində qarşılaşdığı çətinliklərdən biri də həll edilməmiş ərazi münaqişələridir və region ölkələrinin tam potensialını doğrultmaq üçün bu münaqişələrin çözülməsində və davamlı sülhün bərqərar olmasında ABŞ kömək etməyə hazırdır.

Kent əlavə edib ki, Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ hökumətinin rolu rəsmi Vaşinqtonun bölgəyə olan bağlılığını nümayiş etdirir. ABŞ administrasiyası rəsmisi deyib ki, Xəzər hövzəsi ölkələri qarşılıqlı inkişafın təməllərini qurmağa davam edə bilərlər.