XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 16:43

Ziyafət Əsgərov:“Bu, başa düşüləndir...”  

 

“Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişaf etdirilməsi hər iki ölkənin marağındadır”.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov bildirib ki, Rusiya və Azərbaycan prezidentlərinin görüşləri son vaxtlar intensiv xarakter alıb. Bu da başa düşüləndir. Çünki Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır və ölkələrimiz arasında müxtəlif sahələrdə sıx əlaqələr mövcuddur. Rusiya bizim üçün yaxın dost, qonşu dövlətdir. Rusiyanın regionları ilə də Azərbaycan arasında sıx əlaqələr var.

“İqtisadi münasibətimiz yüksələn xətlə inkişaf edir. Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri, Prezident İlham Əliyevlə görüşü, Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi doğurdan da çox əlamətdar bir haldır. Əminəm ki, bundan sonra da Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etdiriləcək”, – deyə Milli Məclis sədrinin birinci müavini vurğulayıb.