XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2018 - 16:45

Baş Prokurorluq İlqar Məmmədova cavab verib –Partiya sədrinin müraciəti araşdırılır

Baş Prokurorluq REAl Partiyasının sədri İlqar Məmmədovun baş prokuror Zakir Qaralova müraciətinə cavab verib.

Cavabı prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov göndərib.

Cavab məktubunda REAL Partiyası liderinin müraciətinə baxıldığı qeyd edilir.

Məktubda yazılır ki, İ.Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə təqsirli bilinərək, 7 il azadlıqdan məhrumolunub. Şəki Apellyasiya Məhkəməsi isə 2018-ci ilin avqustunda İ.Məmmədovunvəkillərinin apellyasiya şikayətini qismən təmin edib. Hökm qismən dəyişdirilib və İ.Məmmədun cəzasının çəkilməmiş 1 il 5 ay 21 günlük hissəsi 2 il sınaq müddəti müəyyənedilməklə şərti hesab edilib.

“Qanuni qüvvədə olan göstərilən məhkəmə qərarı ilə Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə məhkum olunmağınıza dair birinci instansiya məhkəməsinin hökmüqanuni və əsaslı hesab edilmişdir. Qeyd olunanlarla əlaqədar sizə izah edilir ki, Cinayət-prosessual Məcəlləsinin 409-ciu maddəsinə əsasən, apellyasiya instansiyasıməhkəməsinin qərarından kassasiya şikayəti vermək hüququnuz vardır”, məktubun sonunda yazılır.

REAl Partiyası lideri prokurorluğun cavabı ilə bağlı dəyərləndirməsində bildirib ki, hüquqlarının pozuntusunun nəticələrinin aradan qaldırılmasından ötrü qanun çərçivəsində bütün addımların atılacaq. O, eyni zamanda, cinayətin ört-basdır edilməsiilə də bağlı Cinyaət Məcəlləsində maddə olduğunu da qeyd edib.

REAl Partiyasının sədri sentaybrın əvvəlində baş prokuror Zakir Qaralova müraciətetmişdi. Avqustda həbsdən azadlığa buraxılan siyasətçi müraciətində həbs edilməsi iləhüquqlarının pozulduğunu vurğulamış, bu əməldə iştirak etmiş şəxslərin məsuliyyətəcəlb olunmasını istəmişdi.

Xatırladaq ki, İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşlarıntəşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəməhələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlikprezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki ApellyasiyaMəhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiyaməhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti dətəmin edilməyib.

AİHM İ.Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqlarıvə Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ)maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbsolunması nəticəsinə gəlib.

Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq, onu təkrar ŞəkiApellyasiya Məhkəməsinə göndərmişdi.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə avqustun 13-də İ.Məmmədov azadlığa buraxılıb.O, 2 il sınaq müddəti şərti ilə azadlığa çıxıb.