XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2018 - 09:32

Bu gün Milli Məclisin payız sessiyası başlanır –Deputatlar 62 məsələni müzakirə edəcəklər

Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, oktyabrın 1-i və 5-də keçiriləcək iclasların gündəliyinə 62 məsələ daxildir.

Belə ki, iclaslarda Azərbayan ilə bir sıra ölkələr arasında sazişlərin təsdiqi, Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə, Mülki Məcəlləyə, Mülki Prosessual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, o cümlədən banklar haqqında qanuna, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna, “İpoteka haqqında” qanuna, “Pasportlar haqqında” qanuna və digər qanunlara təklif edilən dəyişiklik müzakirəyə çıxarılacaq.