XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

01 Oktyabr 2018 - 12:35

Milli Məclisin sədri:“Bu fikirlər bizim üçün mühüm əhəmiyyət kəsb edir”

“Azərbaycan parlamentinin 100 illik yubileyi ilə bağl tənətənəli iclas keçirildi və həmin tədbirədə dövlət başçısı İlham Əliyev mühüm nitq söylədi. Azərbaycan Prezidenti Milli Məclisin fəaliyyəti, eləcə də dövlət siyasəti ilə bağlı mühüm fikirlər söyləyib. Bu fikirlər bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin plenar iclasında çıxışı zamanı deyib. O. Əsədov qeyd edib ki, Milli Məclis Azərbaycan dövlətinin uzaqgörən siyasətini dəstəkləmək naminə əlindən gələni edəcək: “Bildiyiniz kimi 100 illik yubileylə bağlı tədbirdə 300-ə yaxın beynəlxalq nümayəndə iştirak etdi. Hesab edirəm ki, biz Azərbaycan parlamentinin 100 illik yubileyini yüksək səviyyədə qeyd etmiş olduq”.

Parlamentin yaz sessiyasını uğurla başa vurduğunu deyən spiker qeyd edib ki, ötən sessiya dövründə 16 iclas, 261 qanun qərar qəbul edilib:  “Milli Məclisin ötən sessiya dövründə beynəlxalq əlaqələri inkişaf edib, millət vəkilləri 38 ölkəyə 90 dan çox səfər edib. Milli Məclisin xətti ilə 5 beynəlxalq təşkilatın Azərbaycanda iclası keçirilib. Mən əminəm ki, Milli Məclis payız sessiyasında da işini uğurla həyata keçirəcək”.