XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

25 Aprel 2015 - 05:00

Azərbaycan Kürdləri İctimai Birliyi erməniləri kürd düşməni elan etdi

Azərbaycan Kürdləri İctimai Birliyi erməniləri kürd düşməni elan etdi

Tahir Süleyman: “Təkcə 1897-ci ildə 40 min türk və kürd ermənilər tərəfindən Türkiyənin Xanasor əyalətində qətlə yetirilib”

Azərbaycan Kürdləri İctimai Birliyinin sədri, Azərbaycanda azərbaycanca və kürdcə çap edilən “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman Şimali İraq Kürd Administrasiyasının baş şəhəri olan Ərbildə keçirilən dünya kür təşkilatları konfransında iştirak edir.
Bir neçə gündür ki, Ərbildə olan olan Tahir Süleyman dünya kürd təşkilatlarının liderləri və təmsilçiləri qarşısında çıxışı zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Xocalıda dinc Azərbaycan vətəndaşlarına ermənilərin divan tutması, Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlı və kürd əhalinin tarixi dədə-baba torpaqlarından zorla deportasiya edilməsi, bu deportasiya zamanı ermənilərin azərbaycanlılarla yanaşı, kürdləri də qətlə yetirməsi barədə faktlara əsaslanan məlumatlar verib. Ərbilin Səlahəddin Universitetində keçirilən konfransda T.Süleyman ermənilərin Türkiyənin Xanasor əyalətində törətdiyi cinayətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
O, tarixi mənbələrə əsaslanaraq bildirib ki, həmin əyalətdə 1897-ci ildə 40 min türk və kürd ermənilər tərəfindən qətlə yetirilib.
Tahir Süleymanın “Yeni Müsavat”a verdiyi xəbərə görə, konfrans dünya erməniliyinin qondarma “erməni soyqırımı” ilə bağlı hay-küy qopardığı günlərə təsadüf etdiyindən o, çıxışında və keçirdiyi görüşlərdə tarixdə ermənilərə qarşı soyqırım olmadığı olmadığını, Türkiyədə hələ də on minlərlə erməni mənşəli insanın sərbəst yaşadığını, əslində ermənilərin 20-ci əsrin əvvllərindən indiyə qədər dəfələrlə türklərə, Azərbaycan türklərinə, kürdlərə qarşı böyük miqyaslı qətliamlar həyata keçirdiyini, terror təşkil etdiyini faktlar sadalamaqla qeyd edib: “Mən faktlara əsaslanaraq qeyd etdim ki, ermənilər Azərbaycanın kürdlərin kompakt yaşadıqları ərazilərini də işğal edib, orada dinc əhaliyə qarşı qırğınlar törədiblər.
Ermənilərin türklərlə yanaşı kürdlərə də həmişə düşmən kimi yanaşdığını təsdiq eləyən çoxsaylı faktlar var. Ermənilər 20-ci əsrin əvvəllərində Osmanlı ərazisində çoxlu sayda kürd kəndlərinə hücumlar təşkil edib, kəndlərdə kürd əhalini, qadınları, qocaları, uşaqları işgəncə ilə qətlə yetiriblər. Mən bütün çıxışlarımda, görüşlərimdə dünya kürdlərinə bəyan edirəm ki, Azərbaycan kürdləri ermənilərin iç üzünü, əsl sifətini, kürdlərə də düşmən kəsildiyini yaxşı bilir, dünya kürdləri də ermənilərin bizə düşmən kimi yanaşan müxənnət, məkrli millət olduğunu bilməlidir, həmişə ermənilərdən məsafə saxlamalıdır. Biz erməni yalanlarına uymamalıyıq. Ermənilər, dünyada ermənilərə dəstək verən güclər Türkiyəni və Azərbaycanı zəiflətmək və bu ölkələrdə yaşayan bütün müsəlmanları köləyə çevirmək məqsədi güdürlər. “Erməni soyqırımı” hay-küyü də bunun üçündür”.