XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

05 Oktyabr 2018 - 14:40

Deputatlardan çağırış:“MSK üzvlərinə və keçmiş deputatlara diplomatik pasport verilsin”

Milli Məclisin (MM) payız sessiyasının bu gün keçiriləcək ikinci iclasında “Pasportlar haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.

Deputat Qüdrət Həsənquliyev MSK üzvlərinə diplomatik pasportların verilməsini zəruri saydı və bununla əlaqədar spikerə müraciət etdi. Deputat bildirdi ki, millət vəkillərinə diplomatik pasportlar verildiyi halda, deputatların səlahiyyətlərini, həmçinin prezident seçkilərinin nəticələrini təsdiqləyən qurum üzvlərinə diplomatik pasport verilməməsi normal görünmür.

Deputat Elmira Axundova isə təklif etdi ki, millət vəkillərinə verilən diplomatik pasportlar deputatların səlahiyyət müddəti bitəndən sonra da onlarda qalsın. “Məsələn, Türkiyədə millət vəkillərinə belə hüquq verilib, onlara hətta səlahiyyətləri bitəndən sonra da “sayın millət vəkilim” deyə, müraciət edirlər”.