XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

25 Aprel 2015 - 13:33

ABŞ-da erməni-türk davası, azərbaycanlı həbs edildi

Türkiyənin Vaşinqtondakı səfirliyinin binası yaxınlığında ermənilərlə türklər arasında toqquşmalar olub.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, səfirliyin binası önündə iki aksiya keçirilib. Onlardan birini ermənilər, digərini türklər təşkil edib.

Ermənilər aksiya zamanı şüarlar səsləndirərək “erməni genosidi”ni tanımağa çağırışlar ediblər. Türklər isə cavab olaraq bəyan ediblər ki, ermənilər özlərinin “soyqırımı”na məruz qaldıqlarını özlərindən uydurublar.

Bu məqamda Türkiyə səfirliyinin binasının yaxınlığına üstünə Türkiyə bayrağı asılmış maşın yaxınlaşıb. Ermənilər maşına hücum edərək bayrağı oradan götürüb cırmağa çalışıblar. Maşının sahibi isə Azərbaycan vətəndaşı olub. O, ermənilərin hücumuna müqavimət göstərərək onlarla əlbəyaxa davaya çıxıb.

Bunu görən türklər azərbaycanlıya kömək etməyə tələsiblər. Nəticədə böyük toqquşmalar başlayıb. Hadisə yerinə polis dava edənləri ayırıb və aksiyanı dağıdıb.

Bir neçə nəfər, o cümlədən maşının sahibi olan həmin Azərbaycan vətəndaşı polis tərəfindən həbs edilib. Azərbaycan vətəndaşının ad-soyadı barədə məlumat verilmir.