XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

15 Fevral 2016 - 11:28

“Kadr islahatları aparılacaq…” –YAP-dan daha bir islahat anonsu

siyavush-1Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hökümətdə islahatların davam edəcəyinin anonsunu verib.

Strateq.az xəbər verir ki, bu barədə o, "Report"a müsahibəsində danışıb.

Deputat "Hökumətdə kadr islahatlarının aparılması gözlənilirmi?" sualına belə cavab verib:

"Kadr islahatları davam edəcək. Ayrı-ayrı sahələrinin özəlləşməsi, dövlət müəssisələrinin birləşdirilməsi davam edəcək, kadr islahatları aparılacaq.

Prezidentin göstərişi belədir ki, ixtisara düşən insanlar işsiz qalmamalıdırlar. Bu istiqamətdə ciddi addımlar atılır".

YAP rəsmisi eyni zamanda, iqtidar-müxalifət dialoqu haqda da danışıb: "Əlbəttə. Bu məsələlər müzakirə olunur. YAP-da bu işlə partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov məşğul olur. Yəqin ki, dialoq olacaq".