XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 October 2018 - 18:15

Ukraynanın sabiq prezidenti:“Azərbaycan və Ermənistan arasında olan münaqişə kimlər üçünsə çox sərfəlidir”

Dağlıq Qarabağ problemi çox mürəkkəb problemdir, ona görə 30 ildir ki, həll olunmur”.

Bu sözləri “Azərtac”a müsahibəsində Ukraynanın sabiq prezidenti Leonid Kuçma deyib. Kuçmanın sözlərinə görə, Ukrayna böhranının çözülməsi üçün yaradılmış Minsk prosesi ilə bağlı müsahibələrində o, Qarabağ problemini mənfi nümunə kimi göstərir.

Kuçma hesab edir ki, Azərbaycan və Ermənistan arasında olan bu münaqişə kimlər üçünsə çox sərfəlidir: “Əgər belə olmasaydı, mən inanıram ki, iki ölkə beynəlxalq diplomatiyanın köməyi ilə problemi müharibəsiz həll edərdi. Ədalətli olmasa da belə, heç olmasa sülhə aparan konsensus həllini tapardı”.