XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

15 Oktyabr 2018 - 21:22

Azərbaycanın Rusiyadakı sabiq səfiri:“Koçaryan gözləyir ki, Paşinyanın özü biabır olsun”  

Dekabrda Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca işğalçı ölkədə aylardır davam edən gərginlik də artır. Bu arada ölkənin sabiq prezidenti Robert Köçəryan bu seçkilərdə iştirak etməyəcəyini bəyan edib. Axar.az xəbər verir ki, bunu Köçəryan “Blumberq” agentliyinə müsahibəsində deyib.

“Baş nazir olmaq hədəf olmamalıdır. Əgər yeni hökumət ölkəni mükəmməl idarə etsə, iqtisadiyyat iki ədədli göstəricilərlə inkişaf etsə, Qarabağın təhlükəsizliyi etibarlı şəkildə təmin edilsə, situasiya fərqli olacaq”, – deyə o bildirib. Köçəryanın bu qərarla manevr etdiyi yönündə fikirlər səslənməkdədir. Eyni zamanda, onun seçkilərdə iştirakdan imtinasının baş nazir Nikol Paşinyanın işinə yaradığı, onun qarşısında bəzi maneələrin bununla aradan qalxdığı bildirilir. Sabiq prezidentin baş nazirin nüfuzunun onlarla müqayisədə ölçüyə gəlməyəcək dərəcədə yüksək olduğunu bilib, biabırçı məğlubiyyət yaşamamaq üçün belə bir qərar verdiyini düşünənlər də az deyil.

Politoloq Hikmət Hacızadə Köçəryanın qərarını onun qeyri-populyarlığı ilə əlaqələndirir: “Əhalinin mütləq əksəriyyəti Paşinyanın tərəfindədir. İrəvanda Şəhər Şurası var. Ora keçən ay seçkilər keçirildi. 81% Paşinyanın adamları şuraya seçildi. Bu da bir rəy sorğusudur və göstərir ki, seçki düzgün olsa, nəticələr necə olacaq. Köçəryan uduzmaq istəmir. Bunun üçün belə qərara gəlib ki, seçkilərdə iştirak etməsin. Gözləyir ki, Paşinyanın özü biabır olsun. Seçkilər yolu ilə ona qalib gəlməyin hazırda mümkünsüz olduğunu yaxşı anlayır. Paşinyan niyə də demokratik seçki keçirə bilməsin? İlk növbədə o populyardır. Digər tərəfdən, artıq inzibati strukturlar da onun əlindədir. Paşinyan yeni hökuməti asanlıqla formalaşdıracaq. Təbii ki, bunlar ara qarışmasa, reallaşacaq. Çünki orada hər an təxribatlar baş verə bilər. Hətta Paşinyanı öldürə də bilərlər. Dövlət çevrilişi cəhdləri də hər an gözlənilir. Seçkiləri udsa, parlament artıq onun tərəfdarlarından ibarət olacaq. Bu da onun qarşısındakı əsas maneənin aradan qaldırılması deməkdir. Bu parlament də Paşinyanı baş nazir seçəcək”. (Musavat.com)