XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

16 Oktyabr 2018 - 14:08

ABŞ-ın San Fransisko şəhər rəhbərliyi Azərbaycanla bağlı bəyannaməsi qəbul etdi –Konsulluq açıqladı

ABŞ-ın San Fransisko şəhəri və vilayətinin Nəzarətçilər Şurası tərəfindən 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edilib.

Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Strateq.az-a verilən məlumata görə, Nəzarətçilər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və regionda demokratiyanın yayılması və inkişafına önəmli töhfələr verərək böyük nailiyyətlərə imza atdığı vurğulanır.

Daha sonra sənəddə San Fransisko sakinləri və Nəzarətçilər Şurası adından Azərbaycanın Dövlət Müstəqilliyi Günü təbrik edilir.

Qeyd edək ki, ABŞ-ın və Kaliforniyanın ən böyük şəhərlərindən olan San Fransisko Şimali Kaliforniyanın əsas mədəniyyət, təhsil, maliyyə və iqtisadi mərkəzidir. 900 minə yaxın əhalisi olan şəhər ABŞ-da əhalinin ən sıx məskunlaşdığı ikinci böyük şəhərdir.