XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

15 Fevral 2016 - 22:42

Müsavatın qurultayı ilə bağlıməhkəmə qərar verdi

isa-arifBinəqədi Məhkəməsi Müsavat Partiyasının sonuncu qurultayının nəticələrinin etibarsız sayılması barədə iddianı təmin etməyib.

Məhkəmə fevralın 15-də qəbul etdiyi qərarında qurultayın nəticələrinin partiyanın nizamnaməsinə uyğun olmadığını iddia edən bir qrup müsavatçının arqumentlərini əsassız hesab edib.

Qurultaydan narazı qalan şəxslər APA-ya məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyiblər.

Müsavat partiyasının son qurultayı ötən ilin sentyabrında keçirilmişdi. Arif Hacılının partiya başqanı seçildiyi qurultaydan narazı qalanlar məhkəməyə müraciət etmişdilər.